Ronaldunun gözünün altını göyərtdilər - FOTO

Ronaldunun gözünün altını göyərtdilər - FOTO

"Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronalduklubun məşqinə gözünün altı göyərmiş vəziyyətdə qatılıb. 

7News.Az xəbər verir ki, yerli media 33 yaşlı futbolçunun A Seriyasının ötən turu çərçivəsində "Parma” ilə oyunda zədə aldığını ehtimal edib. 

Kriştianu Ronaldu Portuqaliya yığmasının yaxın vaxtlarda baş tutacaq iki qarşılaşmasına dəvət almayıb. Portuqaliyalılar sentyabrın 9-da Xorvatiya ilə yoldaşlıq oyunu keçirəcək, bir gün sonra isə UEFA Millətlər Liqası çərçivəsində İtaliya ilə qarşılaşacaqlar. 

7News.Az

Xəbər lenti