Ronaldunun zorladığı qadına 325 min avro ödədiyi üzə çıxdı – Foto

Ronaldunun zorladığı qadına 325 min avro ödədiyi üzə çıxdı – Foto

Məşhur futbolçu Kriştianu Ronaldunu zorlamada ittiham edən Katerin Mayorqa adlı qadın susmaq üçün aldığı 325 min avroluq çeki üzə çıxarıb.

Hadisə 2009-cu ilin 13 iyun tarixində Las-Veqas şəhərində baş verib. Ketrin zorlandığını iddia edir, Ronaldu isə zorlanma olmadığını bildirir. Mayorqa zorlanmadan sonra ciddi sarsıntı keçirdiyini, Ronaldunun isə susması üçün 325 min avroluq çek verdiyini bildirib.

325 min avroluq sənəd isə "Der Spiegel” jurnalı tərəfindən yayımlanıb. Sənədə isə Ronaldunun vəkilləri də etiraz etməyiblər və sənədlərin həqiqi olduğuna heç kəs şübhə ilə yanaşmayıb. Sənəd 325 min avro ödəniş edildikdən sonra imzalanıb./ölkə

 7News.Az


Xəbər lenti