Rubl iki ilin minimumuna düşdü

Rubl iki ilin minimumuna düşdü

Dolların rubla olan məzənnəsi ötən iki il üzrə rekord qıraraq ən yüksək həddə çatıb.

7News.Az xəbər verir ki, Moskva birjasının məlumatlarına görə, ABŞ valyutasının kursu 71,45 rubla qədər artıb.

Dollar ötən bir gündə 2,35% bahalaşma göstərib. Avro isə rubla nisbətdə 1,33% ucuzlaşıb və 78,96 rubl təşkil edib.

"Brent” markalı neftin mart ayında çatdırılacaq partiyasının qiyməti London birjasında 1 barel üçün 54,33 dollar təşkil edib, bu isə əvvəlki ticarət qiymətindən 1,06% ucuzdur.

Ümumiyyətlə, qeyd edək ki, 2018-ci il ərzində rublun məzənnəsi 17,5% düşüb. "Brent” markalı neftin bir barelinin qiymətində isə il ərzində 21,6 faiz ucuzlaşma qeydə alınıb.

7News.Az

Xəbər lenti