Millət vəkilindən AŞPA-ya Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı çağırış

Millət vəkilindən AŞPA-ya Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı çağırış

“100 il əvvəl baş verən hadisələri heç bir əsas olmadan, heç bir beynəlxalq məhkəmənin və ya tarix komissiyasının qərarı olmadan soyqırım adlandıranlar və qərar qəbul edənlər böyük ədalətsizliyə yol veriblər”.

 

7news.Az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva AŞPA-da çıxış edərək bildirib.

Qondarma erməni soyqırımı yalanları ilə bağlı qərar qəbul edən Almaniya Bundestaqınının qərarını qınayan millət vəkili AŞPA-da hazırda Ermənistanda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov barədə də danışıb:

“Mən sizin diqqətinizə çox vacib bir məsələni çatdırmaq istəyirəm və bu problemin həllində səylərinizi artırmağa çağırıram. Ermənistan tərəfindən girov götürülən azərbaycanlılar - Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçiriblər. Onlar neçə aylardır qeyri-qanunu olaraq saxlanılırlar.

Beynəlxalq ictimaiyyətin və Assambleyamızın çağırışlarına baxmayaraq Ermənistan hələ də onları qeyri-qanuni saxlamaqda davam edir. Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailələri sizdən, Assambleyamımızdan daha böyük dəstək gözləyirlər. Mən Assambleyamızı Şahbaz Quliyev və Dilqəm Əsgərovun azadlığa buraxılması üçün səylərini daha da artırmağa çağırıram. Biz ümid edirik ki siz, Assambleyamız Şahbaz Quliyev və Dilqəm Əsgərovun insan haqlarının Ermənistan tərəfindən pozulmaqda davam etməsinə laqeyid qalmayacaq və ciddi addımlar atacaqsınız. AŞPA bu məsələyə özünün sərt münasibətini göstərməli və onların azadlığı üçün addımlar atmalıdır”.

Xəbər lenti