Rusiya Azərbaycanda biznes-missiya hazırlayır

Rusiya Azərbaycanda biznes-missiya hazırlayır

Rusiyanın Sənaye və Ticarət Nazirliyi Azərbaycan şirkətləri ilə layihələrin inkişaf etdirilməsi üçün biznes-missiya hazırlayır.

7News.Az TASS agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Rusiya – Azərbaycan Regionlararası Forumu çərçivəsində keçirilən sənaye məsələlərinə dair dəyirmi masada Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib. 

"Bizim Sənaye Nazirliyimiz Azərbaycandan olan müştərilər və müəssisələr üçün ayrı-ayrılıqda biznes-missiya keçirməyi planlaşdırır. Tərəfdaşlar axtaracağıq”, - o deyib. 

Nazir qeyd edib ki, Rusiya və Azərbaycan qarşısında sənaye kooperasiyası sahəsində böyük imkanlar açılır. 

7News.Az

Xəbər lenti