Rusiya Azərbaycanla sərbəst avtomobil tranzit müqaviləsinə qayıdır

Rusiya Azərbaycanla sərbəst avtomobil tranzit müqaviləsinə qayıdır

Rusiya və Azərbaycan ölkələr arasında sərbəst  avtomobil tranzit müqaviləsinə qayıdacaq.

7news.Az xəbər verir ki, bunu Dövlət Duması Nəqliyyat və Tikinti Komitəsinin rəhbəri Yevgeni Moskviçev bildirib: 

"Keçirdiyimi görüşlər zamanı biz Rusiya və Azərbaycan arasında beynəlxalq avtomobil daşınmaları ilə bağlı müqaviləyə qayıtmaq və əsas problemlərdən birinin həll edilməsi barədə razılaşdıq. Rusiya və Azərbaycana tranzit azad olmalı və icazə sistemi olmadan icra edilməlidir”.

Onun sözlərinə görə, bu, İran, Azərbaycan və Rusiya arasında yükdaşımanın həcminin artırılmasına imkan verəcək. 

Qeyd edək ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rəhbərlik etdiyi nümayəndə heyyəti 24-25 iyun tarixlərində Azərbaycanda rəsmi səfərdədir. 

7news.Az

Xəbər lenti