Rusiya bu sürücünü axtarır - Azarkeşə “atıb”

Rusiya bu sürücünü axtarır - Azarkeşə “atıb”

Rusiya hüquq-mühafizə orqanları bir taksi sürücüsü üçün axtarış elan ediblər.

7news.Az xəbər verir ki, buna səbəb onun meksikalı bir azarkeşdən 2 kilometrlik yol üçün 6 min rubl almasıdır. 

Polis bununla bağlı artıq bəyanat da yayıb. Bəyanatda bildirilir: 

 

"Sankt-Peterburq şəhərinə giriş vizası olan bir meksikalı fanat taksi sürücüsündən şikayət edib. 8 iyun axşam saatlarında BMW markalı bir avtomobilin sürücüsü onu Saray Meydanından Nevski prospektə qədər gətirib. Bunun üçün ondan 7 min rubl istəyib. Lakin qadın etiraz edərək ona 6 min rubl verib”.

Bildirilir ki, avtomobilin sakini Qatçina sakinidir. Hazırda onun yeri və ad, soyadı araşdırılır. 


7news.Az

Xəbər lenti