Rusiya telekanalında Ermənistanı ərinə xəyanət edən qadınla müqayisə etdilər – VİDEO + FOTO

Rusiya telekanalında Ermənistanı ərinə xəyanət edən qadınla müqayisə etdilər – VİDEO + FOTO

Rusiya telekanalı "NTV"-də yayımlanan "Görüş yeri” verilişinin növbəti mövzusu "Nə üçün Brüssel Ermənistanı "Şərq Tərəfdaşlığına” cəlb edir?” olub.

Verilişin gedişatında assosiasiya haqqında Ermənistanla sazişin ilk dəfə 2013-cü ildə təklif olunduğu bildirilib. O zaman Ermənistan həmin sənədi imzalamaqdan imtina etmişdi.

Dörd ildən sonra bir neçə prinsipial bəndlər çıxarıldıqdan sonra həmin sənəd yenidən imzalanmaq üçün Ermənistana təqdim olunub. Yeni sazişə əsasən, Yerevan mülki cəmiyyətinin inkişafına, korrupsiya ilə mübarizəyə vəsait alacaq, Ermənistan biznesinin Avropa bazarına çıxışının şərtləri sadələşdiriləcək.

Verilişdə çıxış edən politoloq Oleq Baranov bildirib ki, Avropanın Ermənistana ehtiyacı yoxdur.

"Məqsəd çox sadədir – Avropa İttifaqının içərisində hərc-mərclik yaratmaqdır. Bu məsələdə sual Avropaya deyil, Ermənistana ünvanlanmalıdır”.

"2013-cü ildə Ermənistan şərti sərbəst idi. O, Avropa İttifaqı ilə Aİ assosiasiyası arasında seçim edə bilirdi. O, Avropa İttifaqını seçdi. İndi isə o, artıq sərbəst deyil, Avropa İttifaqının bərabərhüquqlu üzvüdür. Bizdə Gömrük İttifaqı daxilində sərhəd yoxdur və ona görə də Ermənistan Troya atı olub”,- deyə politoloq bildirib.

O xatırladıb ki, Ermənistan Avropa İttifaqına daxil olan kimi, ölkənin prezidenti Serj Sarkisyan Pekinə uçub və bildirib ki, Çin mallarını artıq Ermənistan vasitəsilə Avrasiya İqtisadi Birliyinin bazarına çıxara bilər.

Verilişin aparıcısı Olqa Belova Ermənistanı rəsmi əri ilə münasibətlərindən narazı olduğu üçün özünə sevgili axtaran  əxlaqsız qadınla müqayisə edib.

Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov isə öz növbəsində bildirib ki, bu sazişin imzalanması Ermənistanla münasibətlərin pisləşdiyini göstərir.

"Ermənistan Rusiyadan az pul verdiyi üçün narazıdır. Bizim isə Adolf Hitlerin silahdaşı olan Njde ilə bağlı suallarımız var. Çünki Njdeyə Ermənistanda heykəl ucaldıblar və milli qəhrəman adı veriblər. Rusiya telekanallarına Yerevan tərəfindən təzyiqlər də var.  Necə adlandırılmağına baxmayaraq, Njde nasist canisidir”, - deyə Markov bildirib.

7news.Az

Xəbər lenti