Rusiya Xəzər barədə protokolu təsdiqlədi

Rusiya Xəzər barədə protokolu təsdiqlədi

Rusiya hökuməti Federal Təhlükəsizlik Xidmətinin Xəzər dənizində təhlükəsizlik məsələləri ilə əməkdaşlıq protokolunu təsdiqləyib. 

Sənəd bu gün hüquqi informasiya portalında yerləşdirilib.

7news.Az xəbər verir ki, sənəddə FTB tərəfindən təqdim olunan və Rusiya XİN və Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanla razılaşdırılmış protokol layihəsinin təsdiqləndiyi deyilir. 

Sənəd sərhəd idarələrinin əməkdaşlığını və qarşılıqlı fəaliyyətini nəzərdə tutur və 2010-cu il noyabrın 18-də bağlanmış Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinə əlavədir. 

Hökumət FTB-yə protokolu imzalamağı tapşırıb. 2010-cu il noyabrın 18-də Xəzəryanı ölkələrin rəhbərləri tərəfindən razılaşma imzalanıb. 

Hərbi aspektlər bu sazişin predmeti hesab olunmur. Razılaşma Xəzərin hüquqi statusunu müəyyən etmir. 

7news.Az

Xəbər lenti