Rusiyada arvadının və qızının başını kəsən azərbaycanlıya ömürlük həbs cəzası verildi

Rusiyada arvadının və qızının başını kəsən azərbaycanlıya ömürlük həbs cəzası verildi

Rusiyanın Orsk şəhərində birlikdə yaşadığı qadını və 4 yaşlı qızını öldürən Rauf Qardaşova ömürlük həbs cəzası verilib.  

Məhkəmənin qərarına əsasən, 33 yaşlı azərbaycanlı cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, 2016-cı ilin noyabrın 2-də Qardaşovun 35 yaşlı həyat yoldaşı və dörd yaşlı qızının meyiti tapılıb. Qətlə yetirilənlərin meyitini öldürülən qadının anası aşkar edib və polisə bildirib. Qadına 20 bıçaq zərbəsi vurulmuş, qızın isə boğazı kəsilmişdi. 

Polis tərəfindən saxlanıldıqdan sonra Qardaşı törətdiyi cinayəti boynuna almışdı. Onun sözlərinə əsasən, barışmaq üçün evə qayıdıb, lakin sonradan qısqanclıq zəminində yoldaşını bıçaqlayıb. 4 yaşlı qızının qonşu otaqdan çıxdığını görən Qardaşov onu da öldürmək qərarına gəlib. O bildirib ki, qızının uşaq evinə göndərilməsini istəməyib./oxu

 

7news.Az

Xəbər lenti