Rusiyada azərbaycanlı faciəvi şəkildə həlak olub

Rusiyada azərbaycanlı faciəvi şəkildə həlak olub

Rusiyanın Leninqrad vilayətinin Volxov rayonunda bədbəxt hadisə nəticəsində gənc Azərbaycan vətəndaşı həlak olub.

7news.Az xəbər verir ki, bu barədə "47news.ru” məlumat yayıb.

Məlumata əsasən, insident mayın 14-də 08.00 radələrində Vağzal küçəsində yerləşən şampan zavodunda baş verib.

Yükqaldıran maşını idarəedən azərbaycanlı paleti götürdükdən sonra anbarın çıxışında olan yoxuşu texnikanı arxaya idarə etməklə düşməyə çalışıb.

Yükqaldıran maşın ağırlıq qüvvəsinin təsiri altında aşıb və sürücü vaxtında ondan düşə bilmədiyi üçün başı ağır texnikanın altında qalıb.

Təcili tibbi yardım dəstəsi hadisə yerinə gələnə qədər işçi keçinib.

Həlak olan azərbaycanlının bir neçə həftə əvvəl 24 yaşını qeyd etdiyi bildirilir.

7news.Az

Xəbər lenti