Rusiyada azərbaycanlı sürücü qəza törətdi: yaralılar var

Rusiyada azərbaycanlı sürücü qəza törətdi: yaralılar var

Rusiya Federasiyasının Kalmıkiya Respublikasının Çernozemelsk rayonunda Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi "Ford Transit” markalı avtomobil qəzaya uğrayıb. 

7News.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Komsomolsk-Artezian yolunda baş verən hadisə zamanı sürücü idarəetməni itirib və avtomobil dərəyə yuvarlanıb. 

Qəza zamanı altı nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırmalar aparılır.

7News.Az

Xəbər lenti