Rusiyada mülki təyyarələri vurmağa icazə verilə bilər

Rusiyada mülki təyyarələri vurmağa icazə verilə bilər

Rusiyanın Müdafiə Nazirliyi kifayət qədər qalmaqallı qətnamə layihəsi hazırlayıb.

7News.Az "İzvestiya” qəzetinə istinadən xəbər verir ki, sənəd qəbul olunacağı təqdirdə Rusiyanın hava məkanını pozan mülki təyyarələrin (göyərtəsindən sərnişinlərin olub-olmamasından asılı olmayaraq) vurulmasına icazə veriləcək.

Söhbət ekoloji fəlakət, kütləvi insan ölümünün qarşısını almaq və ya strateji obyektlərin qorunması məqsədilə təyyarənin qəsdli şəkildə vurulmasından gedir.

Müdafiə Nazirliyinin sənədinə görə, sərhədi pozana atəş açmazdan əvvəl pilotlara bir neçə dəfə xəbərdarlıq ediləcək.

7News.Az

Xəbər lenti