Saakaşvili saxlanıldı - Rəsmi ittiham - CANLI + YENİLƏNİB

Saakaşvili saxlanıldı - Rəsmi ittiham - CANLI + YENİLƏNİB

Hüquq-mühafizə orqanlarının əməkdaşları Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvilini yaşadığı evdən çıxararaq avtomobilə oturdublar.

Siyasətçinin evinin ətrafında xeyli sayda insan toplanıb. Mitinqə çıxanlar avtomobilin həyətdən çıxmasına mane olmağa çalışırlar.

UTX-nin mətbuat xidmətinin rəhbəri Yelena Gitlyanskaya siyasətçinin mənzilində Baş Prokurorluğun və Ukrayna təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən axtarış aparıldığını bildirib.

Axtarışların Saakaşvilinin partiyası tərəfindən Kiyevdə təşkil olunan mitinqlərin maliyyələşdirilməsi ilə bağlı tədqiqatlar çərçivəsində aparıldığı bildirilir. 

 

 

---

Gürcüstanın sabiq prezidenti, "Yeni qüvvələr hərəkatı”nın lideri Mixeil Saakaşvili mənzilinə Ukraynanın Təhlükəsizlik xidmətinin əməkdaşları gəldiyi üçün yaşadığı evin damına çıxıb, özünü səkkizinci mərtəbədən atacağını bildirib.

Bu barədə "1+1" telekanalı məlumat yayıb.

"Hazırda Saakaşvili evin damındadır və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışıqlar aparır. Siyasətçi ona toxunsalar, özünü damdan atacağını deyir”, - deyə məlumatda bildirilir.

***


Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin Kiyevdəki mənzilinin qapısı sındırılır.

Bu barədə onun yaxın dostu, baş prokurorun sabiq köməkçisi David Sakvarelidze özünün "Facebook" səhifəsində yazıb.

"Mixeil Saakaşvilinin evinin qapısını sındırırlar! Kostelnaya küçəsi!”, - Sakvarelidze yazıb.

"NewsOne" telekanalına müsahibəsində o, qapının Ukraynanın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən sındırıldığını ehtimal edib.

 


Xəbər lenti