Saatlıda kütləvi zəhərlənmə

Saatlıda kütləvi zəhərlənmə

Saatlıda pambıq tarlasında kütləvi zəhərlənmə baş verib.

7news.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Smada kəndində qeydə alınıb.

Tarlada işləyən 23 nəfər  kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.  Onların pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə istifadə edilən kimyəvi maddədən zəhərləndikləri bildirilir.

Zəhərlənənlər Sabirabad rayonunun Nəsimi kənd sakinləridir.  Rayona Bakı şəhəri Toksikologiya Mərkəzinin həkim briqadası  ezam olunub.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

7newes.Az

Xəbər lenti