Sabah Bakıda Beynəlxalq Simpozium keçiriləcək

Sabah Bakıda Beynəlxalq Simpozium keçiriləcək

Sabah – dekabrın 23-də Bakıda "Regionun gələcəyi: Geopolitik çağırışlar və perspektivlər” adlı Beynəlxalq Simpozium öz işinə başlayır.

Simpozium "Yeni Çağ” Media Qrupu, Azərbaycan -Türkiyə Evi və Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi tərəfindən təşkil olunub.

Simpoziumda Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan və Azərbaycandan olan tanınmış ekspertlər, telejurnalistlər, siyasi və ictimai xadimlər iştirak edir. Rusiyadan tanınmış analitik Maksim Şevçenko, Orxan Camal, Türkiyədən Ülke TV-nin rəhbəri Həsən Öztürk, Qazaxıstanın sabiq millət vəkili və ictimai xadimi Murat Abenov və digər nüfuzlu qonaqlar simpoziuma görə, Azərbaycana təşrif buyurublar.

"Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgərin sözlərinə görə, simpoziumun məqsədi bölgəyə dair önəmli geopolitik mövzuların, region ölkələri arasında iqtisadi əlaqələrin perspektivlərinin, eyni zamanda media və vətəndaş cəmiyyətlərinin bu mövzudakı rolunun müzakirəsidir:
"Biz regionda baş verən hadisələri və perspektivləri həm siyasi, həm iqtisadi baxımdan təhlil edəcək, bölgədə media və vətəndaş cəmiyyətinin roluna toxunacağıq”.

Simpozium bir gün davam edəcək. Dekabrın 24-də qonaqlar Fəxri və Şəhidlər Xiyabanlarını ziyarət etdikdən sonra paytaxtımızla yaxından tanış olacaqlar.

7news.Az

Xəbər lenti