Sabirabad sakinini qatar vuraraq öldürüb

Sabirabad sakinini qatar vuraraq öldürüb

Sabirabad rayonunda 36 yaşlı kişini qatar vuraraq öldürüb.

7news.Az xəbər verir ki, hadisə rayonun Zalqaraağac kəndi ərazisində keçən dəmir yol xəttində baş verib.

Qatar kənd sakini, 1982-ci il təvəllüdlü Cavadov Rahil Əlihüseyn oğlunu vurub. Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən R.Cavadovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

7news.Az

Xəbər lenti