Sabirabadda iki yeni doğulan körpə ölüb

Sabirabadda iki yeni doğulan körpə ölüb

Sabirabadda iki körpə doğuşdan bir neçə saat sonra ölüb.

Sabirabad rayon mərkəzi xəstəxanasının doğum şöbəsində gecə radələrində yeni doğulan iki körpə ölüb.

Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızının gecə saatlarında doğulan oğlan cinsindən olan körpəsi səhər saatlarında vəfat edib.

Elə həmin saatlarda Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızının dünyaya gətirdiyi qız körpəsi də bir-neçə saat qaldıqdan sonra ölüb. Doğulan körpələrin hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Uşaqların valideyinləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Uşaqların meyitləri Sabirabad Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinə müayinə olunmaq üçün yerləşdirlib.

Hazırda faktla bağlı hüquq-mühafizə oranları tərəfindən araşdırma aparılır. 

7news.Az

Xəbər lenti