Şagirdlər hələ də dərsə getmir - Qalmaqallı siniflə bağlı araşdırma

Şagirdlər hələ də dərsə getmir - Qalmaqallı siniflə bağlı araşdırma

Nəsimi rayonu 14 saylı tam orta məktəbin "3-Ç” sinfinin şagirdlərinin dərsə getməməsi ötən  gündən etibarən sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

 

Bu gün də 31 uşağın  valideyni övladlarını dərsə göndərməyib.

Qeyd edək ki, valideynlərin etirazı ötən gün "Qafqazinfo”da işıqlandırılmışdı. 

Bakı şəhəri üzrə Təhsil İdarəsindən "Qafqazinfo”ya bildirilib ki, hazırda psixoloqların, BŞTİ-nin mütəxəssislərinin iştirakı ilə araşdırma davam edir. Vəziyyət dünənkindən dəyişməyib.  Çünki ilk  növbədə valideynlərin mövqeyi uzlaşdırılmalıdır. Hələ ki belə uzlaşma yoxdur. Valideynlər arasında söhbət aparılır. Məktəb hamıya oxuması üçün bərabər imkanlar yaradır. Bunu qanunvericilik tələb edir. 

Araşdırma nəticəsində psixoloqlar, mütəxəssislər müvafiq rəy verəcək. Məktəbdə tədris olduğu kimi davam edir.  Hər hansı məktəbli dərsə getməyəndə məktəb onun  valideyni ilə əlaqə saxlayır. Uşaqların dərsdən qalmağı valideynlər üçün narahatlıq yaratmalıdır”. /qafqazinfo


 


7news.Az

Xəbər lenti