“Şah” liderliyi əldən verdi

“Şah” liderliyi əldən verdi

Berlində şahmat tacına iddiaçıların turniri davam edir. 

7NEWS.az xəbər verir ki, III turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Fabiano Karuana ilə üz-üzə gəlib.

Həmyerlimiz ABŞ təmsilçisinə qarşı qara fiqurlarla oynayıb. Məmmədyarov xal itirməyəcəyi təqdirdə, liderlər qrupunda mövqeyini möhkəmlədəcəkdi. Turun ən uzun sürən duelində həmyerlimiz rəqibi ilə "sülh” bağlayıb.

Bundan yararlanan Vladimir Kramnik Levon Aronyan üzərində qələbə qazanaraq, liderliyi ələ keçirib.

Bu gün qrossmeysterlər istirahət edəcək. IV turun görüşləri martın 14-də baş tutacaq. "Şah” ləqəbli Şəhriyar Məmmədyarov həmin gün çinli autsayder Uesli So ilə qarşılaşacaq.

İddiaçılar turniri

III tur

Uesli So (2799, ABŞ) – Liren Dinq (2769, Çin) 0,5:0,5

Levon Aronyan (2794, Ermənistan) – Vladimir Kramnik (2800, Rusiya) 0:1

Sergey Karyakin (2763, Rusiya) – Aleksandr Qrişuk (2767, Rusiya) 0,5:0,5

Fabiano Karuana (2784, ABŞ) – Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) 0,5:0,5

Turnir cədvəli: Kramnik - 2,5; Məmmədyarov, Karuana - 2; Dinq, Qrişuk - 1,5; Aronyan, Karyakin - 1; So – 0,5

Xəbər lenti