Salah Afrikanın ən yaxşı futbolçusu oldu

Salah Afrikanın ən yaxşı futbolçusu oldu

"Liverpul” futbol klubunun şərəfini qoruyan misirli hücumçu Məhəmməd Salah 2018-ci il üzrə Afrikanın ən yaxşı futbolçusu seçilib.

7News.Az xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.

Bu, Seneqalın paytaxtı Dakarda keçirilən təntənəli mərasimdə elan olunub. Qeyd edək ki, Salah ardıcıl ikinci ildir ki, doğulduğu qitənin ən yaxşı futbolçusu adını qazanır. Seçimlərdə onun əsas rəqibləri komanda yoldaşı ("Liverpul” nəzərdə tutulur - red.) kamerunlu hücumçu Sadio Mane və "Arsenal”ın qabonlu forvardı Pyer-Emerik Obameyanq olub.  

Salah ötən mövsümdə "Liverpul”un heyətində 52 oyunda yaşıl meydana çıxıb, 44 qol vurub. 32 qolla İngiltərə Premyer Liqasının bombardiri olub və turnirin ən yaxşı oyunçusu elan edilib. Rusiyada keçirilən dünya çempionatında isə Misir yığmasının heyətində iki matça çıxıb və iki dəfə fərqlənib.

7News.Az

Xəbər lenti