Samir Əliyev: "Bank sektoru devalvasiyanın vurduğu zərərin təsirindən çıxa bilməyib”

Samir Əliyev:
Azərbaycan banklarının gəlirləri kəskin azalıb. Bu isə kredit portfelindəki azalma ilə bağlıdır. Müştərilərə verilən kreditlər azalaraq 11 milyard 242,2 milyon manata düşüb. Bu isə bankların kredit faizlərindən əldə etdikləri gəlirlərin kəskin azalması deməkdir. Bundan sonra Bankların aqibəti necə olacaq?

Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən iqtisadçı-ekspert Samir Əliyevbildirib ki, Azərbaycanda fəaliyyət göstərən banklar bir qayda olaraq əllərindəki vəsaitlərin 70%-dən artıq hissəsini kreditə yönəldir: "Məhz banklar gəlirlərinin əsas hissəsini kreditlərdən əldə olunmuş gəlirlər təşkil edibdir. İndi isə bankların kredit portfelindəki azalmalar davam edir. Təbii ki, bu da bankların gəlirlərinin azalmasına gətirib çıxarır. Bir tərəfdən bankların həm gəlirləri azalıb, həm də devalvasiyadan sonra problemli kreditlərin həlli ilə bağlı çətinliklər var. Məhz problemli kreditlərin mövcudluğu bankların işinə mənfi təsir göstərir. Təbii ki, belə olan halda bankın fəaliyyəti üçün çətinliklər yaranır”.

Samir Əliyevin sözlərinə görə, eyni zamanda bankların gəlirdən başqa, müştərilər qarşısında, yəni əmanətlərin qaytarılması kimi öhdəlikləri var: "Bu günə kimi, xeyli sayda bank bağlanıb. Devalvasiyadan əvvəl Azərbaycanda 45 bank fəaliyyət göstərirdi. İndi isə bunların sayı 30-dur. Hesab edirəm ki, bu il ərzində daha bir neçə bank ya bağlansın, ya da birləşdirilsin. Hazırda bank sektoru devalvasiyanın vurduğu zərərin təsirindən çıxa bilməyib”, - deyə o, bildirib. 
 
7News.az

Xəbər lenti