Samir Şərifov “Beynəlxalq Bank”ın özəlləşdirilməsi barədə

Samir Şərifov “Beynəlxalq Bank”ın özəlləşdirilməsi barədə

Biz "Azərbaycan Beynəlxalq Bankı”nın balansında zəhərli aktivlərin sağlamlaşdırılması və restrukturizasiya prosesi artıq tamamlanmaq üzrədir. 

7news.Az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib.

O qeyd edib ki, bankın maliyyə vəziyyəti stabildir:

"Yaxın günlərdə bank 2017-ci il üzrə audit hesabatını açıqlayacaq. Hər kəs əmin olacaq ki, ABB gəlirli maliyyə institutuna çevrilib. Bu, onu göstərir ki, biz özəlləşdirməyə hazırlaşmağa başlaya bilərik. Bu, uzunmüddətli prosesdir. 

Bir neçə variantları nəzərdən keçirmək və onlardan birini seçmək lazımdır. Bundan sonra məsələ ilə bağlı müvafiq dövlət orqanları, ilk növbədə, Əmlak Məsələləri Dövlət Komitəsi, bankın rəhbərliyi və digər dövlət strukturları məşğul olacaq”.

7news.Az

Xəbər lenti