Samir Şərifov: Neft fonduna daxilolmaların həcmi artacaq

Samir Şərifov: Neft fonduna daxilolmaların həcmi artacaq

Neftin qiymətinin 10 dollar artırılması nəticəsində Dövlət Neft Fonduna (DNF) daxilolmaların həcmi artacaq.

7news.Az-ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, neftin qiymətinin artması ilə bağlı DNF-ə daxilolmaların təxminən 5 milyard 16 milyon manat təşkil edəcəyi gözlənilir.

7news.Az

Xəbər lenti