“Samsung” şirkəti adından istifadə edən fırıldaqçılar peyda olub

“Samsung” şirkəti adından istifadə edən fırıldaqçılar peyda olub

Bir müddət öncə "Samsung” şirkətinin adından istifadə edərək əhalidən dolandırma yolu ilə pul alan şəxslər barədə məlumat yayılıb. Sadə fırıldaq sxemi üzərində qurulan bu yalan bir neçə vətəndaşın maddi durumuna ziyan vurub.

Bu şəxslər evlərə gələrək və ya ictimai yerlərdə vətəndaşlara "yeni mağazanın açılması” münasibətilə ödənişin bir hissəsinin elə yerindəcə edilməsi müqabilində böyük endirim vəd edirlər.

Bu oyunun qurbanı olan vətəndaşlar ilkin ödənişi etdikdən sonra "satıcılar” ya qeyb olurlar, ya da şirkət məhsulu əvəzinə mənşəyi məlum olmayan texnika təqdim edirlər.

Bu şəxslərə aldanmayın!

"Samsung” şirkəti heç bir halda "əldən” satış həyata keçirmir. Bununla yanaşı, satış təmsilçisinin yalnız və yalnız rəsmi satış nöqtələrində (mağazalarda) alqı-satqı əməliyyatı aparmağa səlahiyyəti vardır.

Diqqətli olun, özünüzü və yaxınlarınızı fırıldaqçılardan qoruyun.

7News.Az

Xəbər lenti