“San-Xuan” sualtı qayığının heyət üzvlərinin axtarışı dayandırıldı

“San-Xuan” sualtı qayığının heyət üzvlərinin axtarışı dayandırıldı

Argentina Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi iki həftə əvvəl əlaqəyə çıxmayan "San-Xuan” sualtı qayığının 44 heyət üzvünün xilasetmə əməliyyatını dayandırıb.

Bu barədə Argentina HDQ-nin rəsmi nümayəndəsi Enrike Balbi bəyan edib.

Onun sözlərinə görə, bundan sonra yalnız qayığın axtarışı davam etdiriləcək.

Balbi həmçinin əlavə edib ki, bütün səylərə baxmayaraq, axtarış zonasında qayığın qəzaya uğraması ilə bağlı heç bir sübut tapılmayıb./oxu.az

 

7news.Az

Xəbər lenti