SAPANDLA NÜVƏ SİLAHININ DÖYÜŞÜ - Zahid Oruc

SAPANDLA NÜVƏ SİLAHININ DÖYÜŞÜ - Zahid Oruc
"Qüdsdə bir parça Amerika torpağına sahib olmaq istəyi birinci gün 60 insanın ölümü ilə nəticələndi. Kimsə deyə bilər ki, onsuz da diplomatik konsulluğun binasına vurulan rəmzi lövhənin necə adlanmasının elə bir əhəmiyyəti yox idi”.

BNEWS.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsiz və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc öz "Facebook” səhfəsində yazıb.
 
Onun sözlərinə görə, əsas məsələ, Ağ Ev rəhbərinin İsrail dövlətinin paytaxtına verdiyi dəqiq ünvanın bundan sonra 100 illik müharibələrin məhək daşına çevrilməsidir. Onsuz da müsəlmanların başına dolaşdığı Qara daşın müqəddəsliyi qarşısında indi yeni bir Ağ daş da siyasi pərvanələrin siyahısına əlavə olunur.

Ola bilər "Alliluya” sədaları ilə Tanrıdan yəhudi uşaqlarına sülh və əmimanlıq arzulayan afroameriaklı müğənni onların içərisində olduğu qəsrdən on kilometlərə uzaqlıqda sapand daşı ilə nüvə silahına güc gələcəyini düşünən ərəb balalarına heç pislik edilməsini istəmir. Hələ üstəlik, Mossad dünən südəmər körpəni oraya yönəldən və çadra arxasında gizlənən Həmas qruplarının necə ustalıqla antiisrail bürüncəyi geyindiyini də tutarlı sübutlarla ortaya qoyur. Lakin qüvvələr nisbətinin bərabər olmadığı gün kimi aydındır. Nə seçimlərə gedən Türkiyə liderlərinin Fələstin dərdi, nə nüvəsiz İranın etirazları qanlı toqquşmalarda məhv olan insanların faciəsinin qarşını almır.

Alovlu tribunalar siyasətə və mənfəət vuruşmalarına yarayır, daxili istehlaka və hisslərin sümürgənliyinə xidmət edir, amma ölümləri durdurmur. Bir neçə on illik ərzində yəhudi dünyası ilə savaş aparanlar gedib müqəddəs yerlərdə gizlənib və qədim bir torpaqda müharibə ocağını qalamaqdadılar. Halbuki İsrailin bütün islam dünyası ilə düşmən olmaq istədiyini deyənlərin bir çoxu on illər ərzində öz xalqlarını usanmadan istismar edirlər”.
 
7news.az

Xəbər lenti