Sarkisyan tərəfdarının ailələri Ermənistandan qaçır

Sarkisyan tərəfdarının ailələri Ermənistandan qaçır

Ermənistanın Eçmiədzin şəhərinin sabiq meri, general Manvel Qriqoryanın oğlu Karen Qriqoryanın ailəsi Soçiyə köçüb. 

7news.Az xəbər verir ki, bununla bağlı "Joxovurd” qəzeti öz mənbəsinə istinadla məlumat yayıb. 

Məlumatlara görə, köçün səbəbi Qriqoryan ailəsinin ifşası və general Manvel Qriqroyanın həbsi olub. 

Cinayət işində müttəhim kürsüsündə Manvelin həyat yoldaşı Nazik Amiryan da əyləşib. 

Qəzetin məlumatına görə, erməni ictimaiyyətin bu məsələyə reaksiyası çox sərt olub və Qriqroyan ailəsi qisas hissindən qorxaraq Soçiyə köçüb. 

General Manvel Qriqoryan 1993-cü ildə Cəbrayıl və Fizuli rayonlarını işğal edən Ermənistan ordusunun 5-ci briqadasının komandiri olub. 

7news.Az

Xəbər lenti