Sarkisyanın qardaşları barədə araşdırma başladı

Sarkisyanın qardaşları barədə araşdırma başladı

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşları Aleksandr və Levon barəsində araşdırmalara başlayıb. 

7news.Az xəbər verir ki, "Jamanak” qəzetinin məlumatına görə, müstəntiqlər Ermənistan və ABŞ-da biznesmenlərin fəaliyyətindən zərər çəkən insanları dindirirlər. 

FTB-nin araşdırmalarının diqqət mərkəzində Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan da var. Xaçatryan vəzifədə olduğu müddətdə bir çox biznesmenin əmlakını müsadirə edib və onların müflis olmasına səbəb olub.

7news.Az

Xəbər lenti