Sarqsyanın qardaşı oğluna ittiham irəli sürüldü

Sarqsyanın qardaşı oğluna ittiham irəli sürüldü

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı oğlu Ayk Sarqsyana qətlə cəhddə, həmçinin qanunsuz silah əldə edilməsi və saxlanmasında ittiham irəli sürülüb.

7news.Az Ermənistan mətbuatına istinadla xəbər verir ki, müstəntiq məhkəməyə Ayk Sarqsyan barədə həbs qəti imkan tədbiri seçilməsi ərizəsi ilə müraciət edib.

Cinayət işinin materiallarına əsasən, 2007-ci il aprelin 1-də polis bölməsinə Yerevan sakini David Simonyanın xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Həmən gün Artur Gevondyan polisə gələrək evinin yaxınlığında tapança tapdığını və təsadüfən dosti David Simonyana atəş açdığını bildirib.

Cinayət işi açılsa da, tezliklə şikayətərizəsinin olmaması və tərəflərin barışması səbəbi ilə bağlanıb. 

Lakin 2018-ci il iyunun 3-də yeni təfərrüatların meydana gəlməsi ilə Ermənistanın Baş prokuroru istintaqın bərpası haqqında qərar qəbul edib.

Müəyyən olunub ki, David Simonyana Artur Gevondyan atəş açmayıb, bunu başqa şəxs edib.

Eyni zamanda söhbət təsadüfi deyil, məqsədyönlü atəşdən gedir.

Əldə edilmiş sübutlara əsasən Ayk Sarqsyana qətlə cəhd, silah əldə edilməsi və saxlanması ittihamı irəli sürülüb. 

7news.Az

Xəbər lenti