"Satmağa başqa müştəri yox idi. Bircə bu qardaş istəmişdi" - VİDEO - FOTO

Ağdaşda polisin keçiridiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Kamran Xandadaşov saxlanılıb.

7News.Az ARB TV-yə istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı onun narkotik vasitələri əldə etdiyi mənbə də müəyyən edilib.

Məlum olub ki, K.Xandadaşov bir ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuananı Ağdaşın Pirəzə kənd sakini Ziya Əliyevdən alıb. Z. Əliyev də saxlanılıb.

Kamran Xandadaşov - saxlanılan şəxs: "Satmağa başqa müştəri yox idi. Bircə bu qardaş istəmişdi".

Ziya Əliyev - saxlanılan şəxs: "Etdiyim əməldən peşmanam".

Rəşid Musayev - baş təhqiqatçı: "Ziya Əliyevin yaşadığı evə baxış zamanı onun evindən 10 ədəd müxtəlif ölçülü sellofan kisələrdə satış məqsədi ilə saxladığı ümumi çəkisi 3 kilo, 880 qram narkotik vasitə olan qurudulmuş marixuana aşakar edilərək götürülmüşdür". 

Qeyd edək ki, saxlanılan şəxslər rayon bazarında xırdavat və məişət avadanlıqlarının satışı ilə məşğul olublar.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

Ağdaşda narkotacirlər saxlanıldı - Etdiyim əməldən peşmanam

Xəbər lenti