Səbuhi Abbasov: “İbrahimbəyovun filmi xəyanətin ən əxlaqsız formasıdır” MÖVQE

Səbuhi Abbasov: “İbrahimbəyovun filmi xəyanətin ən əxlaqsız formasıdır” MÖVQE

"Rüstəm İbrahimbəyov "Qafqaz üçlüyü" filmini çəkməklə bütün mahiyyətini ortaya qoymuş oldu".

Bunu SİA-ya açıqlamasında internet media ekspert Səbuhi Abbasov Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyü" filminə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyü" filmi sözün hər mənasında milli dəyərlərin ən şərəfsiz formada satılmasından qaynaqlanır: "Bir zamanlar "Milli Şura” bu adamı Azərbaycanın prezidenti görmək istəyirdi. Mən filmi sona qədər izlədim. Sadəcə dəhşətli məqamlar var. Bu məqamları bəlkə də bir erməni belə işıqlandırmaz. Abırına bükülər, nə qədər şərəfsiz olsa da hardasa əlini vicdanına qoyub düşünər. Rüstəm İbrahimbəyov filmdə azərbaycanlıları nəinki mədəniyyətsiz biri kimi təqdim edib, eyni zamanda, filmin bütün mümkün yerlərində vəhşi, barbar kimi göstərməyə çalışıb. Tam səmimi deyirəm ki, damarlarında türk qanı axan biri belə bir siyasi əxlaqsızlığa əl atmaz. Heç bir pul, heç bir qüvvə bir azərbaycanlını bu şərəfsizliyə məcbur edə bilməz. Rüstəm İbrahimbəyovun filmi mənəvi və siyasi əxlaqsızlığın təcəssümüdür. Bu satqınlığı isə müəllif ssenarinin hər nöqtəsində biruzə verir. Bir terrorçu ermənini ziyalı, zavallı, axərbaycanlı biri tərəfindən təzyiqə məruz qoyan kimi təqdim edilməsi filmin hansı şərtlər altında çəkildiyinə dəlaət edir. Rüstəm İbrahimbəyovun filmi xəyanətin ən əxlaqsız formasıdır. Bu filmə heç bir halda izahat gətirmək mümkün deyil. Onu Azərbaycanda müdafiə edənlər isə birmənalı şəkildə üzr istəməli, Rüstəm İbrahimbəyovu ciddi şəkildə qınamalıdırlar. Bütövlükdə biz cəmiyyət olar bu prosesə öz münasibətimizi bildirməliyik".

7news.Az

Xəbər lenti