Səbuhi Abbasov: "Paradda ordumuz düşmənə açıq dərs keçdi" MÜNASİBƏT

Səbuhi Abbasov:

"Milli Ordumuzun yaranmasının 100 illiyi münasibəti ilə keçirilən Hərbi Parad sözün əsl mənasında möhtəşəm idi. Bütün dünya Azərbaycan ordusunun görünməyən tərəfini, gücünü, qüdrətini gördü”. Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, ordumuz bütün dünyaya açıq dərs keçdi: "Prezident İlham Əliyev özü də qeyd etdi ki, bu hələ hərbi texnikamızın çox az bir hissəsinin nümayişi idi. Azərbaycanda sağlam ordu quruculuğunun banisi Ulu Öndər Heydər Əliyevdir. İlham Əliyev isə öz gücünə, texnikasına görə dünyada ilk sıralarda dayanan Azərbaycan Ordusunun banisidir. Prezident xüsusi olaraq aprel döyüşlərinə və Naxçıvan qələbələrinə toxunaraq mövcud geosiyasi çətinliklərə baxmayaraq ordumuzun hər zaman bütün təxribatlara cavab vermə gücünə malik olduğunu dedi. Artıq bütün dünya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini qəbul edib. Ordumuz son 15 ildə düşmənin hərbi mühitini bu gün cəbhələrdə darmadağın edib. Düşmənin əlində olan yeganə "silah" informasiya mühitidir. Son 5 ildə isə biz bu cəbhədə də üstünlüyü ələ almışıq. Qarşıda böyük vəzilərə durur. Görüləsi işlər çoxdur. Cocuq Mərcanlıya Böyük Qayıdış isə İlham Əliyevin həm də Ali Baş komandan olaraq apardığı uğurlu siyasətin ən bariz nümunəsidir. Düşmən ciddi psixoloji sarsıntı dönəmindədir. Düşmən ölkənin cəmiyyətində ciddi siyasi, iqtisadi və hərbi böhran yaşanır. Artıq erməni politoloqları da yeganə çıxış yolunu torpaqların öz sahibinə qaytarılmasında görürlər. Bütövlükdə İlham Əliyev dönəmi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmaqda davam edir”.


 
7news.Az

Xəbər lenti