Seda Sayan keçmiş sevgilisinin ona yazdığı mahnını oxuyacaq

Seda Sayan keçmiş sevgilisinin ona yazdığı mahnını oxuyacaq

Məşhur türk müğənnisi Seda Sayan bir müddət sevgili olduğu Mahsun Kırmızıgülün ona yazdığı "Ah gecələr" mahnısını yenidən oxuyacaq.

7News.Az ölkə.az-a istinadən  xəbər verir ki, Seda Mahsuna zəng edərək mahnını yenidən oxumaq üçün icazə də alıb. Müğənni mahnını oğlunun istəyi ilə yenidən səsləndirəcək.

Seda Sayan 1995-1998-ci illər arasında Mahsunla sevgili olub. 1996-cı ildə Mahsunun yazdığı "Ah gecələr" mahnısı böyük uğur qazanmışdı.
Mahsun ilə mahnı barədə danışdıqlarını bildirən Seda deyib:

 

"Mahsundan xahiş etdim. Sağ olsun, sözümü yerə salmadı, bütün icazələri verdi. Oğlum Oğulcan başda olmaqla gənclər "Ah gecələr" mahnısını yenidən oxumağımı istəyirlər".

Qeyd edək ki, Mahsun 2.5 il əvvəl vəkil Ece Binay ilə evlənib.

7News.Az

Xəbər lenti