Şəhid polkovnikin övladı atasının ad günündə Amerikada çempion oldu — FOTOLAR

Şəhid polkovnikin övladı atasının ad günündə Amerikada çempion oldu — FOTOLAR
Amerikada azyaşlılar arasında keçirilən güləş üzrə birincilikdə Nəimi Elşad oğlu Quliyev finalda qələbə qazanıb.

7News.Az xəbər verir ki, bu barədə məlumatı olke.az-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.
"Nəiminin 7 yaşı var. Amerikada güləş üzrə keçirilən birincilikdə qələbə qazanıb. Həm də qələbəsini atasının ad gününə hədiyyə edib. Nəimi vətənpərvər ruhda tərbiyə alır. Uşaq olmasına baxmayaraq,Azərbaycanın adını ucaltmaq istəyir. Artıq ilk addımlarını atıb.

Qeyd edim ki, Nəimi 19 dekabr 1972 ci ildə Zəngilan rayonunda anadan olan, 2012-ci il aprelin 6-da o, DTX-nin Gəncədə terror törətməyə hazırlaşan silahlı qruplaşmaya qarşı keçrilən əməliyyat zamanı qəhrəmancasına həlak olan MTN-in xüsusi təyinatlı dəstəsinin hərbçisi, polkovnik-leytenant Elşad Vəli oğlu Quliyev oğludur. Elşad Quliyev Qarabağ muharibəsi zamanı torpaqlarımızın mudafiəsində fəal iştirak etmişdi. 2005-ci ildə "İgidliyə görə”, 2006-cı ildə "Qüsursuz xidmətə görə”, 2009-cu ildə "Vətən uğrunda” medalları ilə, ölmündən sonra isə "Azərbaycan Bayrağı Ordeni” ilə təltif olunmuşdur”.
Şəhid polkovnikin övladı atasının ad günündə Amerikada çempion oldu — FOTOLAR
Şəhid polkovnikin övladı atasının ad günündə Amerikada çempion oldu — FOTOLAR
 

7News.Az

Xəbər lenti