Səhiyyə Nazirliyindən "Grand Hospital"dakı ölümlə bağlı açıqlama

Səhiyyə Nazirliyindən

Səhiyyə Nazirliyi (SN) "Grand Hospital"da Nurağa Qasımovun əməliyyat olunarkən dünyasını dəyişməsi məsələsinə münasibət bildirib.

Nazirlikdən 7news.Az-a bildirilib ki, hadisənin baş verdiyi müəssisə özəl olduğundan araşdırmanın aparılması üçün zərərçəkənin ya qohumları, ya da hüquq-mühafizə orqanları SN-nə müraciət etməlidirlər.

Lakin indiyədək nə qohumlar, nə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olub. Bu səbəbdən də SN özəl klinikada baş vermiş hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır: "Xəstənin hansı səbəbdən ölməsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin araşdırmasından sonra məlum olacaq".

Qeyd edək ki, hadisə ilə əlaqədar faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, "Grand Hospital"da 1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımov özəl klinikada əməliyyat olunarkən dünyasını dəyişib. N.Qasımovun ürəyində aorta damarının şuntlama əməliyyatı keçirilirmiş. Lakin əməliyyat zamanı onun səhhəti pisləşib və dünyasını dəyişib.

 

7news.Az

Xəbər lenti