Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işdən çıxıb

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işdən çıxıb

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib. 

Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova 7news.Az-a məlumatı təsdiqləyib.

Bildirib ki, o, elmi fəaliyyətlə məşğul olacağı üçün öz xahişi ilə işdən çıxıb.

Hazırda onun vəzifəsini mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova əvəz edir.

Qeyd edək ki, L.Bayramova nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2015-ci ilin mayında təyin edilmişdi.

7news.Az

Xəbər lenti