Şəhriyar Məmmədyarov dünya çempionu ilə heç-heçə edib

Şəhriyar Məmmədyarov dünya çempionu ilə heç-heçə edib

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess” superturniri davam edir.

 Bu gün start götürən XI turda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

Günün ən maraqlı oyununda heç-heçə qeydə alınıb. Bununla da xallarını 7,5 çatdıran qrossmeysterlər şərikli liderə çevriliblər.

Qeyd edək ki, 7 xala malik Aniş Giri XI tur çərçivəsində ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşır./oxu

 

7News.Az

Xəbər lenti