Şəhriyar Məmmədyarov dünyanın diqqət mərkəzində olacaq

Şəhriyar Məmmədyarov dünyanın diqqət mərkəzində olacaq

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında millilərimizin VIII turda qarşılaşacaqları rəqiblər müəyyənləşib.


7News.Az xəbər verir ki, kişi yığmamız bu tur dünya reytinqində ilk sırada olan ABŞ millisi ilə qarşılaşacaq.

Dünya reytinqində III sırada olan Şəhriyar Məmmədyarovun II pillədə olan Fabiano Karuana ilə görüşü dünyanın diqqət mərkəzində olacaq.

Fabiano Karuana – Şəhriyar Məmmədyarov (qara)

Uesli So – Teymur Rəcəbov (ağ)

Hikaru Nakamura – Arkadi Naydiç (qara)

Samuel Şanklənd – Rauf Məmmədov (ağ)

Qadın millimiz isə meydan sahibi Gürcüstanın ikinci komandası ilə qarşılaşacaq.

Salome Meliya – Günay Məmmədzadə (qara)

İnqa Çarxalaşvili – Zeynəb Məmmədyarova (ağ)

Sofio Qvetadze – Xanım Balacayeva (qara)

Sopiko Xuxaşvili – Gülnar Məmmədova (qara)

Qeyd edək ki, hazırda kişi millimiz 13 xalla ilk sıradadır. Onun rəqibi ABŞ-ın da 13 xalı var. Lakin kişi millimiz əlavə göstəricilərə görə I, ABŞ isə III sıradadır. Qadın yığmamız isə 11 xalla VIII yerdə qərarlaşıb.

 7News.Az

Xəbər lenti