Şəhriyar Məmmədyarov "Sinquefield Cup" turnirində 4-cü oldu

Şəhriyar Məmmədyarov

ABŞ-ın Sent-Luis şəhərində keçirilən beynəlxalq "Sinquefield Cup" turnirinə yekun vurulub.

7News.Az xəbər verir ki, sonuncu 9-cu turda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov hindistanlı Vişvanatan Anandla qarşılaşıb və partiya heç-heçə başa çatıb.

O, bu heç-heçə sayəsində xallarının sayını 5-ə çatdırıb və "Sinquefield Cup" turnirini 4-cü yerdə başa vurub.

Turnirin qalibi amerikalı Fabiano Karuana olub. İkinci yeri ermənistanlı Levon Aronyan, üçüncü yeri isə hazırkı dünya çempionu Maqnus Karlsen tutub.

Sinkfild Kubokunun qalibi 75 min dollar qazanıb. Turnirin ümumi mükafat fondu isə 300 min dollar idi.

Xəbər lenti