Şəhriyar superturnirdə erməni rəqibinə uduzdu

Şəhriyar superturnirdə erməni rəqibinə uduzdu

Stavanqer şəhərində keçirilən "Altibox Norway Chess" superturnirdə şahmatçımız Şəhriyar Məmmədyarov erməni rəqibi Levon Aronyana uduzub.

7news.Az xəbər verir ki, partiya 70-ci gedişdə 1:0 hesabı ilə yekunlaşıb.

Dördüncü turdan sonra Maqnus Karlsen (Norveç) 3, Aronyan 2 xal yığa bilib. 

 

Turnirdə qrossmeysterimizlə yanaşı, Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Levon Aronyan (Ermənistan), Dinq Liren (Çin), Maksim Vaşye-Laqrav (Fransa), Sergey Karyakin (Rusiya) və Vişvanatan Anand (Hindistan) mübarizə aparıblar.

7news.Az 

Xəbər lenti