Seks-kuklası sərnişinlərin başına oyun açdı - VİDEO

Seks-kuklası sərnişinlərin başına oyun açdı - VİDEO

Belfastdan (Şimali İrlandiyanın paytaxtı və ən iri şəhəri - red.) İbizaya (Aralıq dənizindəki Balear adalarında, İspaniya tərəfdə yerləşən ada - red.) uçan təyyarə Fransada məcburi eniş edib.

7news.Az xəbər verir ki, bu haqda "The Sun” nəşri bildirib.

Nəşrin yazdığına görə, "Jet2” aviaşirkətinin laynerinin planlaşdırılmayan enişinin səbəbi "təcavüzkar” sərnişinin seks-kuklasını partlatması olub. Onu Tuluza aeroportunda Fransa polisi saxlayıb.

Aviaşirkətin nümayəndələri sərnişinin davranışını "biabırçı və kədərli” adlandırıblar. Sərxoş olan kişinin qadağan olmasına baxmayaraq, spirtli içkini təyyarənin salonunda içdiyi bildirilir. Aviaşirkətdə bildiriblər ki, kişi dostlarla birlikdə uçurdu. Qeyd edilir ki, sərnişin ekipaj üzvlərinin tələblərini icra etməkdən imtina edirdi.

 
 
7news.Az

Xəbər lenti