Şəmkir sakinini döyüb öldürdülər- YENİLƏNİB

Şəmkir sakinini döyüb öldürdülər- YENİLƏNİB

Şəmkirdə törədilən qətlə bağlı cinayət işi başlanıb.

7news.Az APA-ya istinadən xəbər verir ki, rayonun Ərtəpə kəndi ərazisində, "Dəyirman yeri” adlanan ərazidə Cəyir çayından üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin Ərtəpə kənd sakini, 1987-ci il təvəllüdlü Bədəlov Emin Kamal oğlu olması müəyyən edilib.

Faktla bağlı bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

09:41

Şəmkir sakini Gədəbəydə döyülərək qətlə yetirilib.

7news.Az APA-ya istinadla xəbər verir ki, ötən gün Daşkəsəndə qeydiyyatda olub Şəmkirdə yaşayan 1987-ci il təvəllüdlü Bədəlov Emin Kamal oğlunun meyiti Gədəbəy rayonu ərazisində aşkarlanıb.

İlkin məlumata görə, o, döyülərək qətlə yetirilib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

7news.Az

Xəbər lenti