Şəmkirdə intihar edən 17 yaşlı qızla bağlı YENİ XƏBƏR (YENİLƏNDİ)

Şəmkirdə intihar edən 17 yaşlı qızla bağlı YENİ XƏBƏR (YENİLƏNDİ)

Dünən axşam saatlarında Şəmkir rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

 2001-ci il təvəllüdlü Əkbərova Aynurə İsmayıl qızının meyitini ilk olaraq qonşuları aşkarlayıb. Belə ki, 17 yaşlı qız gündüz saatlarında yaşadığı evin yaxınlığındakı bağ sahəsinə keçib və gətirdiyi iplə özünü asaraq intihar edib.

Qonşular gənc qızın bağda asılı vəziyyətdə qalmış meyitini görən kimi ailəsinə xəbər veriblər.

Bildirilir ki, A.Əkbərova orta məktəbi bu il bitirib.

İlkin ehtimala görə o, ailədaxili münaqişə zəminində həyatına qəsd edib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

***

Şəmkir rayonunda intihar hadisəsi baş verib.

Hadisə şəhərin Siyavuş Sərxanlı küçəsində yerləşən fərdi evlərdən birində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Aynurə İsmayıl qızı Əkbərova yaşadığı evdə özünü asıb.

Onun hansı səbəbdən intihar etdiyi isə hələlik məlum deyil.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır./report

7News.Az

Xəbər lenti