Sərnişin qatarı relsdən çıxdı: 6 ölü, 35 yaralı

Sərnişin qatarı relsdən çıxdı: 6 ölü, 35 yaralı

Hindistanın şimalında yerləşən Ray-Bareli şəhəri (Uttar-Pradeş ştatı) yaxınlığıdna sərnişin qatarı relsdən çıxıb.

Qatarın relsdən çıxması nəticəsində azı 6 nəfər həlak olub, 35 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, qəzaya uğrayan qatar Malda şəhərindən (Qərbi Benqaliya ştatı) ölkənin paytaxtı Nuy-Dehliyə gedirmiş.

 

Hazırda qəza baş verən yerdə xilasedicilər işləyir. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Bildirilir ki, ölənlərin sayı arta bilər.

Qatarın relsdən çıxmasının səbəbi hələ ki məlum deyil.

Araşdırma aparılır. /trend

 

7News.Az

Xəbər lenti