Sevgi və ümidsizlik facəsi: qucaqlaşıb qatarın altına atıldılar - FOTO

Sevgi və ümidsizlik facəsi: qucaqlaşıb qatarın altına atıldılar - FOTO
Biz həmişə bir yerdə olacağıq.
 

Şahidlərin dediklərinə görə, onlar məhz bu sözlərdən sonra dəmiryol stansiyasının platformasından aşağı, qatarın altına atılıblar.

7News.Az Daily Mail-ə istinadən bildirir ki, 34 yaşlı Kristofer Linli və 27 yaşlı Melissa Vud sevgililərdi. Onlar narkomaniyadan qurtulmaq, heroin asılılığından yaxa qurtarmaq üçün yaşamlarındakı bəla ilə mübarizə aparırdılar.

"British Gas"da çalışan sevgililər bir-birinə dəlicəsinə aşiqdilər.

Bir neçə ay əvvəl işsiz qalanda isə Kristoferlə Melissa sanki çökdülər, depressiyaya qapıldılar, ruhdan düşdülər. Onlar pulsuz qalmışdılar. Kirayədə yaşadıqları kiçik mənzilin sahibi də aylıq pulu ala bilmədiyi üçün onları evdən çıxarmışdı.

Bədbinliyin son həddində olan sevgililər intihar etmək qərarına gəliblər.

 

İngiltərənin Cənubi Yorkşir qraflığındakı Donkaster şəhərində dəmilyol stansiyasına yollanan Kristofer Linli və Melissa Vud orada qatarın altına atılıblar.

İntihar anı videomüşahidə kameralarına düşüb.

Onlar qucaqlaşıblar, öpüşüblər, sonra əl-ələ tutaraq qatarın altına atılıblar.

Melissanın anası Layza Vud deyib: "Qızımın intihar edəcəyini bilmirdim. Çox şən, nikbindi, daim deyib-gülürdü".

Kristoferin anası Frensis Qlinn isə söyləyib: "Şokdayam, danışmaq istəmirəm. Oğlum çox istedadlı, həssasdı. Yeganə təsəllim odur ki, Kristoferlə Melissa həyatlarının son anlarında da birlikdə oldular".

7News.Az

Sevgi və ümidsizlik facəsi: qucaqlaşıb qatarın altına atıldılar - FOTO

Sevgi və ümidsizlik facəsi: qucaqlaşıb qatarın altına atıldılar - FOTO

Xəbər lenti