Sevgilisini bıçaqlayana 9 il həbs istənildi

Sevgilisini bıçaqlayana 9 il həbs istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini bıçaqlamaqda təqsirləndirilən Racxan İbrahimova cəza istənilib.

Hakim Rahib Salmanovun icraatında olan prosesdə prokuror çıxış edərək R.İbrahimovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Onun vəkili bildirib ki, Racxan artıq bıçaqladığı sevgilisi ilə barışıb. Proses mayın 21-də davam etdiriləcək.

 

Qeyd edək ki, R.İbrahimov sevgilisi Ellada Əlizadəni qısqanclıq zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

7news.Az

Xəbər lenti