Sevgilisni bıçaqlayan qadının məhkəməsi

Sevgilisni bıçaqlayan qadının məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsində sevglisini bıçaqlayan qadının məhkəməsi başlayır.

7news.Az-ın xəbərinə görə, cinayət məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə təqsirləndirilən Qurbanova Rəna Tenqiz qızının məhkəmə prosesinin hazırlıq iclası may ayının 22-də hakim Mahmud Ağalarovun sədrliyi ilə keçiriləcək. 
Belə ki, Bakıda 38 yaşlı R.Qurbanova qeyri-rəsmi nikahda yaşadığı kişini bıçaqlayıb. Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən evdə baş verib. 1980-ci il təvəllüdlü Qurbanova Rəna Tengiz qızı qeyri-rəsmi nikahda yaşadığı 1984-cü il təvəllüdlü Ustinov Sergey İqoryeviçi bıçaqlayıb. 34 yaşlı kişi qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
 
 
7news.Az

Xəbər lenti