Şimali Koreya nüvə poliqonunun söküntüsünə başladı

Şimali Koreya nüvə poliqonunun söküntüsünə başladı

Şimali Koreya Punqeri nüvə poliqonunun söküntüsünə başlayıb. 

7news.Az xəbər verir ki, bununla bağlı "38 North” portalı Con Hopkins adına universitetin araşdırma qrupuna istinadla məlumat yayıb. 

Analitiklər mayın 7-də peykdən çəkilmiş şəkilləri araşdırıblar və həmin poliqondakı dəyişikliyi müşahidə ediblər. Bu müddətdə bir neçə əsas bina və poliqonun dağlıq hissəsinə gedən dəmir yol xətləri dağıdılıb. 

Bununla yanaşı, tunellərin girişi hələ də açıqdır. Ekspertlər hesab edir ki, bu tədbirlər mayın 23-25-də keçiriləcən Punqeri poliqonunun bağlanış mərasimi məqsədilə həyata keçirilib. 

Xatırladaq ki, Şimali və Cənubi Koreya liderləri aprelin 27-də demilitarizasiya zonasında görüşmüşdü. Liderlər birgə bəyannamə imzalamış və Koreya yarımadasının tam nüvəsizləşdirilməsi ilə bağlı razılaşmışdılar.

7news.Az

Xəbər lenti