Şimali Koreya: "Yeni raketlər ABŞ-ın istənilən nöqtəsini məhv edəcək"

Şimali Koreya:
Şimali Koreya yeni raketlərini sınaqdan keçirib.

Pxenyanın bəyanatına əsasən, "Xvason-15" raketləri ABŞ-da istənilən nöqtəni məhv edə bilər.

Şimali Koreya televiziyasının efirində deyilib: " "Xvason-15" güclü qitələrarası ballistik raketdir. Bu raket, ən müasir nüvəbaşlığı ilə təchiz edilib".
Qeyd edək ki, sınaq gecə saatlarında baş tutub. Bəyanatda bildirilir ki, raket 475 km hündürlükdə uçub və 950 km məsafə qət edib. Uçuş 53 dəqiqə davam edib və Yaponiyanın iqtisadi zonasına düşüb./olke.az
 
7news.Az

Xəbər lenti